Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qadın 3 uşağını niyə sığınacağa verib? - TƏFƏRRÜAT

Qadın 3 uşağını niyə sığınacağa verib? - TƏFƏRRÜAT

Ötən gün Qadın və Uşaq Sığınacağına 3 uçaq yerləşdirilib.

Sığınacaqdan bildirilib ki, övladlarını sığınacağa gətirən qadın "TikTok" sosial şəbəkəsində tanış olduğu şəxsin yanına getmək üçün əvvəlcə uşaqlarını ruhi sağlamlıq problemi olan atalarının yanında qoyub.

Daha sonra atanın onlara baxa bilməyəcəyini anlayaraq övladlarını sığınacağa gətirib.

"Uşaqların bir müddət sığınacaqda qaldıqdan sonra körpələr evinə təhvil veriləcəyi gözlənilir. Yeganə narahatlığımız onların bir-birindən ayrılmamasıdır. Kiçik uşaq üçün bacısı ən böyük təsəllidir. Onlar sığınacağa uyğunlaşmağa çalışırlar və bu gün körpə bir az daha sakitləşib", - açıqlamada qeyd olunur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də