Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda əmi 11 yaşlı qardaşı qızını zorlayıb

 

Azərbaycanda əmi azyaşlı qardaşı qızını qeyri-təbii yolla zorlayıb.

Bu barədə vəkil Aqil Layıc bildirib. Hadisənin rayonlardan birində baş verdiyini deyən hüquqşünas anonimliyi qoruyaraq hadisənin detallarını danışıb:

“Uşaqlarınızı kimə etibar edəcəyinizə dair qərar verərkən min dəfə fikiləşin.

Bir müddət öncə orta yaşlı bir ata yanımıza gəlmişdi. İşi ilə bağlı tez-tez səfərlərdə olduğu üçün taksi fəaliyyəti ilə məşğul olan öz qardaşına aylıq ödəmək şərti ilə 11 yaşlı qızını məktəbə və hazırlığa aparması barədə razılaşma əldə edib. Müəyyən müddət sonra bu yazıq uşaq dərman içib canına qəsd edir və həkimlərin müdaxiləsi nəticəsində sağ qalır. Valideynlər səbəbini soruşanda, qız sirləri açır. Deyir ki, əmisi müəyyən müddətdir ona hədə-qorxu gələrək qeyri-təbii yollarla zorlayıb, bunu valideynlərinə deyəcəyi təqdirdə onları da öldürəcəyini deyərək hədələyib. Qız da çıxış yolunu özünə qəsd etməkdə görüb. Məsələyə dair pokurorluğa məlumat verdik, əməliyyat keçirilərək sübutlu-sənədli pedofil şəxs həbs edildi”, - deyə o əlavə edib. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də