
On iki il əvvəl adam öldürməkdə təqsirləndirilən şəxslər məsuliyyətə cəlb olunub.
Baş Prokurorluğun Mətbuat xidmətindənverilən məlumata görə, Azərbaycan Prokurorluğu və xarici ölkələrin hüquq-mühafizə orqanlarının cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı davam edir.
Həyata keçirilən kompleks tədbirlərin davamı kimi, ötən il dekabrın 27-də Rusiya Federasiyasının Baş Prokurorluğu vasitəsilə federasiyanın İstintaq Komitəsindən 1993-cü il təvəllüdlü Azaliya Asanovanın sağlamlığına ağır zərər vurulması faktı üzrə başlanan cinayət işi Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
İbtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilib.