Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xəbəri olmadan adına 10 min manat kredit götürdü

Xəbəri olmadan adına 10 min manat kredit götürdü

Özünü bank əməkdaşı kimi təqdim edərək vətəndaşın adına 10 min manat kredit götürən şəxs saxlanılıb.

Paytaxt sakini olan 37 yaşlı qadın bir nəfərin onu aldadaraq adına 10 min manat kredit rəsmiləşdirdiyi barədə polisə müraciət edib.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin sosial şəbəkələrin birində özünü bank əməkdaşı kimi təqdim etdiyi, zərərçəkənin etibarından sui-istifadə edərək əvvəlcə hesabına 54 manat ödətdirməsi, daha sonra onun adına 10 min manat onlayn kredit götürdüyü məlum olub.

Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı İ.Tərlanov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də