
İrəvandakı hərbi hospitalda dünyasını dəyişən əsgər Artak Vardanyanın ölüm səbəbi açıqlanıb.
Ermənistan Müdafiə Nazirliyi öncə əsgərin xəstəlik səbəbindən xəstəxanada dünyasını dəyişdiyini bildirib.
Sonradan medianın araşdırması nəticəsində Vardanyanın sətəlcəmdən öldüyü dədiqləşib.
Məlum olub ki, evin tək oğlu olan 18 yaşlı Artak Vardanyan hərbi xidmətə aparılarkən xəstə olub və tibbi komissiyada buna əhəmiyyət verilməyib.