
Bakıda avtobus piyadanı vuraraq öldürüb.
Hadisə Suraxanı rayonunda baş verib.
Belə ki, 1961-ci il təvəllüdlü İlqar Əliyevin idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçmək istəyən piyada 1973-cü il təvəllüdlü Zahid Xibabayevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.