Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA
İmişli rayonu Mircəlal kənd sakini Elvin Əhmədov Yunanıstanda həbs edilib.

Bir aydan çoxdur, həbsdə saxlanılan Elvin bu haqda “Xəzər Xəbər”ə danışıb.

 O, telefon zəngində bildirib ki, 5 aydır, nişanlandığı üçün Türkiyədə, Antalyada yaşayırmış. İşi ilə əlaqədar Fethiye bölgəsindən mühərrikli qayıqla Bodruma gələrkən qayıqda nasazlıq yaranıb. Elə hər şey də bundan sonra baş verib.

Yunanıstanın paytaxtı Afina şəhərində yerləşən Korderyus həbsxanasında saxlanılan Elvin iddia edir ki, saxlanılması və öz ölkəsinə deport edilməməsi qanunsuzdur. Çünki onun yaxalandığı qayığın texniki göstəricisi belə Türkiyədən Yunanıstana qədər gəlmək üçün uyğun deyil.

 Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib ki, Elvin Əhmədovun Yunanıstanda həbs edilmə səbəbləri araşdırılır.

 Daha ətraflı videomaterialda:


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də