Ağsu rayonunda 2000-ci il təvəllüdlü Sarızadə Nicat Nizami oğlu idarə etdiyi avtomobili yol kənarındakı maneəyə çırpıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 2000-ci il təvəllüdlü şəxs (kişi cinsli) 24.01.2025-ci il tarixində saat 11:10 radələrində Ağsu Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 7-ci bel fəqərəsinin sınığı, başın sıyırılmış açıq yaraları diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib.
Qeyd edilibn ki, pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabil qiymətləndirilən şəxsin gün ərzində əməliyyat edilməsi nəzərdə tutulub.