Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda Libbi ilə görüşmək istədi, həbs edildi

Bakıda Libbi ilə görüşmək istədi, həbs edildi

Səlahiyyət müddəti başa çatmış ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi ilə görümək istəyən şəxs həbs edilib. 

 1980-cı il təvəllüdlü Lənkəran rayon sakini K.H. icazəsi olmadan ABŞ-nin Azərbaycandakı səfirliyinin həyətinə daxil olmağa cəhd edib. 

 Polis əməkdaşları K.H.-ya yaxınlaşıb və ondan səfirliyin ərazisindən çıxmağı tələb ediblər. Lakin K.H. buna əməl etməyib və bu addımı saxlanılmasına səbəb olub. 

 Barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

 K.H. məhkəmədə ifadəsində bildirib ki, ABŞ-nin Azərbaycandakı səfirliyinin həyətinə daxil olmağa cəhd etməsinin səbəbi Amerikaya getmək istəyi olub: “Səfirə mənə Amerikaya getməyə kömək etməyimi istəyəcəkdim”. 

 

Məhkəmənin qərarı ilə, K.H 15 gün müddətinə inzibati qaydada həbs edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də