Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Novruzda əfv sərəncamı olacaq? - Komissiya üzvündən AÇIQLAMA

Novruzda əfv sərəncamı olacaq? - Komissiya üzvündən AÇIQLAMA

Hər il ölkə başçısı tərəfindən imzalanan əfv sərəncamı ilə məhkumlar azadlıqlarına, ailələrinə qovuşur. Bu il də Novruz bayramı ərəfəsində əfv sərəncamının olacağı ilə bağlı iddialar yayılıb.

Mövzu ilə bağlı Əfv Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevlə həmsöhbət olub.

Onun sözlərinə görə, əfv sərəncamının imzalanması cənab Prezidentin ümumi konstutision hüququdur və bundan irəli gələn məsələlər onun səlahiyyətindədir:

“Novruz bayramı ərəfəsində əfv sərəncamının olub-olmaması barədə hansısa məlumatım yoxdur. Əvvəlki  illərin praktikasına baxsaq, cənab Prezident tərəfindən il ərzində əfv bir sərəncamı imzalanır. Cənab Prezidentin siyasəti humanizm və mərhəmət mərkəzlidir. Ona görə cənab Prezident tərəfindən əfv institutu rasional qaydada tətbiq olunur. Ötən il mayda əfv sərəncamı imzalanmışdı. Ümumiyyətlə mövcud praktikaya diqqət yetirsək, bu il ərzində də əfv sərəncamı ola bilər. Nə zaman imzalanması da cənab Prezidentin konstutision səlahiyyətləRi çərçivəsindədir”.

Ə.Nuriyev bildirib ki, əfv zamanı hansı məhkumlara şamil edilə biləcəyi ilə bağlı müəyyən kriteriyalar var:

“Məhkumların əfv edilməsi həmin kriteriyalar əsas götürülür. Bu zaman qərarlar səsvermə vasitəsilə qəbul edilir. Rəyin özünün verilməsi belə son qərar deyil.  Mənfi rəy verilən məhkum əfv oluna, yaxud müsbət rəy verilən məhkum əfv olunmaya bilər. Çünki bu məsələ Prezidentimizin konstutision səlahiyyətindədir. İndiyə qədər 70 əfv sərəncamı olub. Siyahıya daxil edilən məhkumlara, törətdikləri cinayətə baxsaq görərik ki, terrorizm, dövlətə xəyanət, zorakılıq, xüsusi amansızlıqla qətl, narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı, mütəşəkkil cinayətkar dəstə üzvlüyü ilə məhkum olunmuş şəxslər bir qayda olaraq əfv sərəncamına daxil edilmirlər. Əfv sərəncamı humanizm institutu olmaqla yanaşı, həm də müəyyən mesajları var. Bu mesaj həmin şəxslərin yenidən cinayət törətməsinin qarşısını almaqdır. Əfv institutu varsa, bu o demək deyil ki, kütləvi əfvlər oluna bilər. Cənab Prezidentin humanizm siyasəti istiqamətində həyata keçirilən əfv sərəncamında məhz bunlar əsas götürülərək qərarlar qəbul edilir. İndiyə qədər qəbul edilən əfv sərəncamları bütövlükdə müsbət qarşılanmış, alqışlanmışdır”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də