
Lənkəranda dənizə çıxan 2 balıqçıdan xəbər yoxdur.
Bu gün səhər saat 08:00-da balıq tutmaq məqsədi ilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxıblar. Saat 17:00-da geri qayıtmalı olduqları halda, bu saata onlardan heç bir xəbər yoxdur.
Hazırda sahil mühafizə hissəsinin əməkdaşları balıqçıların axtarışlarını aparır.
Qeyd edək ki, hər iki şəxs uzun müddətdir ki, balıqçılıqla məşğuldular.