Qax Rayon Məhkəməsinin hakimi qəfil vəfat edib.
Moəhkəmə hakimi 1989-cu il təvəllüdlü Kərimov Taleh Etibar oğlu bu gün səhər saatlarında dünyasını dəyişib.
Bildirilib ki, T.Kərimovun səhhəti yaşadığı evdə pisləşib. Hadisə yerinə həkim briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Mingəçevir şəhər sakini olan T.Kərimov ötən ilin may ayında Qax Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdu.