![İranda 4.6 bal gücündə ZƏLZƏLƏ](https://files.modern.az/photo/orginal/2025/01/02/1735792298_zelzele.jpg)
İranın cənubunda 4,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Avropa–Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri ölkənin Bəndər Abbas şəhərindən 58 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağının 10 km dərinlikdə olduğu bildirilib.
Hazırda tələfat və ya dağıntı barədə məlumat yoxdur.