![Yaponiyada güclü ZƏLZƏLƏ](https://files.modern.az/photo/orginal/2024/12/27/1735271129_e12a68b6-f7f7-3d73-b964-845504ae38ac_850.jpeg)
Yaponiyanın Honsü adasının yaxınlığında 5,7 maqnitudalı zəlzələ olub.
Bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Mərkəzin verilənlərinə görə, yeraltı təkanların episentri əhalisi təxminən 428 min nəfər olan Yokosuka şəhərindən 571 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.