Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda tutulan Fransa casusu HAKİM QARŞISINDA

Bakıda tutulan Fransa casusu HAKİM QARŞISINDA

Ötən ilin sonlarında Bakıda casusluq ittihamı ilə saxlanılan Fransa vətəndaşı Martin Ryan barəsində cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

İş üzrə hakim Vüqar Quliyevdir.

Fransa vətəndaşı 2023-cü il dekabrın 4-də həbs edilib. Məhkəmə tərəfindən onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Fransanın Bakıdakı səfirliyi həmin şəxsin həbsi barədə dərhal məlumatlandırılıb. Ryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də