Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edildi

Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edildi

Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, dekabrın 16-da saat 11 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində 2 naməlum şəxsin şirkətlərdən birinə məxsus “Chevrolet” markalı avtomobili dayandıraraq sürücünü aldatmaqla ona zor tətbiq edib avtomobildə olan 127298 manat pulu talayaraq qaçıblar.

Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində pul vasaitini quldurluq yolu ilə talamaqda şübhəli bilinənlər — 38 yaşlı Ruhid Fərəcov və 36 yaşlı Samir Qasımov saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, şübhəli şəxslər avtomobildə pul olmasından məlumatlı olublar.

Sumqayıt Şəhər Polis İdarəsində fakta görə Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb. R.Fərəcov və S.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq tədbirləri davam etdirilir.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də