
Türkiyənin Çanaqqala bölgəsində 5 ayaqlı quzu doğulub.
Bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.
10 ildir xırdabuynuzlu mal-qara ilə məşğul olan Hüseyn Yılmaz qoyunlardan birinin quzusunun 5 ayaqlı olduğunu görüb.
İlk dəfə belə bir hadisə ilə qarşılaşdığını deyən Yılmaz quzunu böyüdüb sürüyə qatacağını bildirib.