Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İki uşaq atasını öldürməkdə şübhəli bilinən gənc hakim qarşısına çıxarılır

İki uşaq atasını öldürməkdə şübhəli bilinən gənc hakim qarşısına çıxarılır

Göyçayda 1998-ci il təvəllüdlü Hüseyn Feyzullayevi öldürməkdə təqsirləndirilən Səid Bayramlının işi üzrə ibtidai istintaq yekunlaşıb.

İş üzrə toplanan materiallar araşdırılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Təqsirləndirilən şəxs barədə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

İşə hakim Günay Aşurovanın sədrlik etdiyi heyət tərəfindən baxılacaq.

Xatırladaq ki, hadisə avqustun 15-də saat 4 radələrində Göyçay rayonu ərazisində baş verib. Şahidlərin sözlərinə görə, marketin önündə söhbət edən zaman Hüseyn Səidin ünvanına nalayiq ifadələr səsləndirib. Aralarında baş verən mübahisə əlbəyaxa davaya çevrilib. 17 yaşlı yeniyetmə davadan sonra evə qayıdıb və yaşadığı mənzildən gətirdiyi bıçaqla Hüseynə ağır zərbələr endirib.

Əslən Göyçay rayon Çayarxı kəndindən olan Hüseyn Feyzullayev Bakı şəhərində yaşayıb. İki övlad atası olan Hüseyn bir neçə gün əvvəl Bakıdan əmisigilin yaşadığı Çayarxı kəndinə gəlib. Hüseyni öldürməkdə şübhəli bilinən Səid Bayramlı əslən Kəlbəcər rayonundandır. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də