
Türkiyənin Malatya vilayətində yenidən zəlzələ olub.
Bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Doğanşehir rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.6 ballıq maqnituda ilə qiymətləndirilib.
Zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.