Ermənistanın Tavuş vilayətində 19 yaşlı hərbçinin meyiti tapılıb.
Ermənistanın Müdafiə Nazirliyi məlumatı təsdiq edib.
Nazirlik Ararat rayonunun 19 yaşlı sakini Narek Qriqoryanın meyitinin tapıldığını bildirib. Onun hansı şəraitdə ölməsi açıqlanmayıb.
Ermənistan mətbuatı hərbçinin asılmış vəziyyətdə tapıldığını iddia edib.
Faktla bağlı araşdırma aparılır.