
Göyçayda kişi su kanalında batıb.
Hadisə rayonun Hacalıkənd kəndində qeydə alınıb.
İlkin məlumata görə, 1987-ci il təvəllüdlü, Ağdaş rayon sakini Seyidov İlkin Bəhram oğlu Yuxarı Şirvan kanalının Göyçaydan keçən hissəsində suya düşüb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədir. Suda batdığı ehtimal edilən şəxsin axtarışlarına başlanılıb.