
Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 120 m² (hər mərtəbəsi 60 m²) olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsində 1 otağın tavanı və dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Bu barədə FHN-dən bildirilib.
Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.