
Oktyabrın 29-da saat 22 radələrində Nizami rayonu ərazisində mənzillərdən birində 2 nəfərin ölümü ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Nizami rayon prokurorluğu məlumat yayıb.
Araşdırma zamanı 1954-cü il təvəllüdlü Azər Rəfiyevin birgə yaşadıqları mənzildə arvadı 1961-ci il təvəllüdlü İradə Rəfiyevaya kəsici-deşici alətlərlə xəsarət yetirərək öldürməsi, daha sonra intihar etməsi müəyyən edilib.
Nizami rayon prokurorluğunda faktla bağlı 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. Araşdırma aparılır.