Bakıda 18 yaşlı tələbə dəm qazından həyatını itirib.
Bakı şəhəri Səbail rayonunda Beyləqan rayon sakini 2006-cı il təvəllüdlü Ramal Cabir oğlu Hüseynovun yaşadığı mənzildən meyiti tapılıb.
O, Azərbaycan İdman Akademiyasının İdman menecmenti və kommunikasiya ixtisasının tələbəsi olub.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, Azərbaycan İdman Akademiyasının 4-cü kurs tələbəsi, 2003-cü il təvəllüdlü Siyəzən şəhər sakini Şaiq Elçin oğlu Məmmədovun da meyiti tapılıb. Onun meyiti Samur-Abşeron su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində aşkarlanıb.