Tərəflərin qarşılıqlı razılaşması ilə Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi postunu tərk edən Roberto Mançini sanballı kompensasiya alıb.
Ərəblər Mançiniyə 20 milyon avro ödəyəcəklər. Təcrübəli italiyalı mütəxəssis 4 il müddətinə bağlanan müqavilənin 14 ayını işləyib.
Səudiyyə Ərəbistanı son beş oyunun yalnız birində qalib gəlib və 2026-cı il dünya çempionatının Asiya seçmə qrupunda üçüncü yerdədir.