
Xəbər verdiyimiz kimi, oktyabrın 26-da Samur-Abşeron su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində suda kişi meyiti aşkarlanıb.
Meyiti aşkarlanan şəxsin kimliyi müəyyən olunub.
Meyiti tapılan gənc 2003-cü il təvəllüdlü Siyəzən şəhər sakini Şaiq Elçin oğlu Məmmədov olub. O, Azərbaycan İdman Akademiyasının 4-cü kurs tələbəsi idi.
Hadisə ilə bağlı araşdırma aparılır.