
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində həmin şəxsin Gəncə şəhər sakini, 1947-ci il təvəllüdlü, Ruhi-Əsəb Dispanserində qeydiyyatda olan, Şərqiyyə Məmmədova olması müəyyən edilib.
Bunu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
O qeyd edib ki, ekspertizanın rəyinə əsasən Ş. Məmmədova ürək tutmasından dünyasını dəyişib.