
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər də analoji əməlinə görə məhkum olunmuş Süleyman Dadaşlı saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ondan 1 kiloqrama yaxın heroin aşkar olunub.
Saxlanılan şəxs narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan şəxsdən satmaq məqsədilə aldığını bildirib.