Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu il Bakıda 1500 yol qəzası olub

Bu il Bakıda 1500 yol qəzası olub

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİM) paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının əhatə dairəsində ötən doqquz ay ərzində 1 463 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə NİİM məlumat yayıb.

Qeyd olunub ki, müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Bakı şəhər DYPİ-nin əməkdaşlarına dərhal məlumat verilib: "Qeydə alınan qəzaların təhlili göstərib ki, bəzi sürücülər yüksək sürətlə nəqliyyat vasitəsini idarə etməklə yanaşı, ara məsafəsinə düzgün əməl etmirlər, yol nişanlarının tələblərini pozurlar. Nəticədə də hadisələr qaçılmaz olur və yollarda bu səbəbdən sıxlıq yaranır. Cari dövr ərzində 1 557 texniki nasaz nəqliyyat vasitəsinin yollarda qalması da digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane olub".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də