
Bakıda ferma yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Suraxanı rayonunda ferma ərazisində ümumi sahəsi 2000 m² olan sexin dam örtüyünün yanar konstruksiyaları tam yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.