
Sabirabadda sürücü 11 yaşlı bacısı oğlunu avtomobillə vurub.
Hadisə Sabirabad rayonunun Çöl Beşdəli kəndində baş verib. “Mercedes” markalı avtomobil kənd sakini, 2013-cü il təvəllüdlü E.Rzayevi vurub. Uşaq xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.
Avtomobili idarə edən şəxsin uşağın dayısı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.