Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Metro qatarının altına düşən şəxsin ayaqları amputasiya olundu

Metro qatarının altına düşən şəxsin ayaqları amputasiya olundu
Xəbər verdiyimiz kimi, ötən gün saat 19:00 radələrində “Ulduz” stansiyasında sərnişin stansiya yoluna düşüb. 

 Dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili və təxirəsalınmaz təcili tibbi yardım xidməti dəvət olunub. Sərnişin stansiya yolundan çıxarılıb. Təmas relsinə yüksək gərginlik verilib, qatar yola salınıb.

 TƏBİB-dən bildirilib ki, xəsarət alan şəxs sağ aşağı ətrafın amputasiyası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

 Son durumunu öyrənmək üçün Kliniki Tibbi Mərkəzlə əlaqə saxlayıb.

 Mərkəzdən bildirilib ki, qatarın altına düşən vətəndaşın  hər iki ayağı amputasiya olunub.

 Onun vəziyyətinin ağır stabil olduğu bildirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də