
Qaxda keçmiş məhkumun çürümüş meyiti tapılıb.
Hadisə rayonun Qum kəndində baş verib.
1962-ci il təvəllüdlü rayonun Qum kənd sakini, əvvəllər məhkum olunmuş Elman Əhmədiyyə oğlu Yusifovun üzərində zorakılıq əlamətləri görünməyən çürümüş meyiti yaşadığı evdə tapılıb.
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.