
İmişlidə avtomobil qəzası baş verib.
Hadisə İmişli-Kürdəmir magistralının İmişli rayonunun Telişli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı avtomobil idarəetməni itirərək aşıb.
Nəticədə avtomobildə olan sərnişin Beyləqan sakini, 1977-ci il təvəllüdlü Quliyeva Yeganə Ağabəy qızı alıdığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.