1989-cu il təvəllüdlü Elvin Ələkbərovu öldürməkdə təqsirləndirilən qayınatası 1975-ci il təvəllüdlü Tayır Tayırovun işi üzrə ibtidai istintaq yekunlaşıb.
İş üzrə toplanan materiallar araşdırılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Nahid Mirzəyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki,Yanvarın 18-də saat 15 radələrində Abşeron rayonu Saray qəsəbəsində 1989-cu il təvəllüdlü Ələkbərov Elvin Seyidpirəli oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşları apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən E.Ələkbərovun qayınatası, 1975-ci il təvəllüdlü Tayırov Tayır İdayət oğlu saxlanılıb.