
Masallı rayonunda 6 aylıq körpə faciəli şəkildə ölüb.
Hadisə Masallı şəhəri Digah küçəsində qeydə alınıb.
Fərdi yaşayış evində yaşayan 10.03.2024-cü il təvəllüdlü Nilay Tural qızı Bədəlbəyli başının uşaq arabasının konstruksiyasına keçməsi nəticəsində boğularaq ölüb.
Rayon prokurorluğunda araşdırma aparılır.