Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.
Hadisə 9-cu mikrorayonda qeydə alınıb.
2003-cü il təvəllüdlü Fuad Şirin oğlu İsmayılov yaşadıqları bınanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. F. İsmayılov universitet tələbəsi olub.
Fakt araşdırılır.