Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dələduzluqda şübhəli bilinən şəxs saxlanıldı

Dələduzluqda şübhəli bilinən şəxs saxlanıldı

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Azər Əliyev saxlanılıb.

 Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

 Adıçəkilən şəxs müxtəlif markalı avtomobillərin şəkillərini özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, dəyərindən ucuz qiymətə satılması barədə elan saytlarında məlumatlar yerləşdirib.

 Ona zəng edənlərdən "beh" qismində müxtəlif məbləğlərdə pul əldə etdikdən sonra isə A.Əliyev zərərçəkənlərlə əlaqəni kəsib.

 Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də