
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dənverilən məlumata görə, qəza zamanı 1 ədəd piyada işıqforu yararsız vəziyyətə düşüb.
Bildirilib ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə yeni işıqforun quraşdırılması işi görüləcək.