Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Son iki ayda Bakıda 15 nəfər suda boğularaq ölüb


Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu ilin iyul və avqust ayları ərzində Bakı şəhəri üzrə suda boğulma hadisəsi ilə bağlı 38 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə mərkəz məlumat yayıb.

Qeyd olunub ki, suda boğulanlardan 32-si kişi, 6-sı qadın olub: "Onlardan 16 nəfər xəstəxanaya təxliyə olunub. 6 nəfərə yerində yardım göstərilib. 15 nəfərin isə həkiməqədər ölüm faktı, 1 nəfərin isə yardımdan imtinası qeydə alınıb".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də