Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Laçında avtomobil aşdı, qadının beli sındı


Laçın şəhərində ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobil hərəkətdə olarkən idarəetməni itirərək aşıb.

Hadisə zamanı avtomobildə olan sərnişin Nağıyeva Yasəmən Abutalıb qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də