
Şəmkirdə yeniyetmə oğlan çayda batıb.
Hadisə Kür çayının Qaranüy kəndindən keçən hissəsində baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Qaranüy kəndində 1 nəfərin Kür çayında batması barədə məlumat daxil olub və dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb edilib.
Hazırda batdığı ehtimal olunan 2007-ci il təvəllüdlü Ələkbərov Yaqub Elbrus oğlunun axtarışları dalğıclar tərəfindən davam etdirilir.