
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi, Suraxanı və Yasamal rayonlarının ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.
Bu barədə FHN-dən xəbər verilib.
Bildirilib ki, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ümumilikdə 6 nəfər azyaşlı xilas edilərək aidiyyəti üzrə təhvil verilib.