
Sumqayıt şəhərində yanğın olub.
Beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində həcmi 5 litr olan məişət qaz balonunun başlıq hissəsi və 3 paq.m elektrik naqili yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yataqxana binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.