
Şəmkirdə 2008-ci il təvəllüdlü İlham Qarayevi heyvan otaran zaman ildırım vurub. O, hadisə nəticəsində dünyasını dəyişib.
Hadisə ötən gün axşam saat 17:00 radələrində Şəmkir rayonu Ələsgərli kəndində baş verib.
Həyatını itirən Qarayev İlham Elmar oğlu bu il Şəmkir rayon Sarıtəpə kənd tam orta məktəbin 9-cu sinifini bitirib.
Məlumatı Qazax-tovuz Regional Təhsil İdarəsi saytımıza açıqlamasında təsdiqləyib.