Avqustun 25-də Ermənistan Daxili İşlər Nazirliyinin Patrul Xidmətinin Araqatsot vilayətinin batalyon komandiri Artem Saakyan Geqarkunik rayonunda döyülüb.
Shamshyan.com kriminal xəbər saytının məlumatına görə, Saakyan ailə üzvləri ilə Sevan çimərliklərinin birində dincəlib. Bir qrup şəxsin başqalarına qarşı hörmətsiz münasibət göstərdiyini görən Saakyan onları sakitləşməyə çağırıb, bundan sonra batalyon komandirini döyüblər.
Saakyanın sınığı olub, onu “Sevan” tibb mərkəzinə, daha sonra isə İrəvandakı xəstəxanalardan birinə aparıblar.
Faktla bağlı cinayət işi başlanıb.