Yol-nəqliyyat hadisəsi ilə bağlı 21.08.2024-cü il tarixində saat 07:20-də 2005-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Sumqayıt Tibb Mərkəzindən məlumat verilib ki, ağır kəllə beyin travması, baş beynin əzilməsi, döş qəfəsinin əzilməsi diaqnozları qoyulan şəxs aqonal vəziyyətdə reanimasiyaya yerləşdirilib. Aparılan reanimasyon tədbirlərə baxmayaraq 07:26-da ölüm qeydə alınıb.
Meyit təşrih üçün Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.