
İtaliyanın Piombino limanından yola düşən gəmi-bərəsinin mühərrik bölməsində yanğın baş verib.
Elba adası istiqamətində hərəkət edən “Corsica Sardinia Ferries” şirkətinə məxsus “Corsica Express” gəmi-bərəsinin göyərtəsində təxminən 300 nəfər olub. Mühərrik bölməsində tüstü aşkarlandıqdan sonra gəmi-bərə limana geri qayıdıb. Yanğın dərhal söndürülüb.
Əraziyə Sahil Mühafizə Xidmətinin patrul gəmiləri və mülki müdafiə qüvvələri cəlb olunub. Sərnişinlər və ekipaj üzvləri təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.