Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

2 uşaq özəl bağçada qidadan zəhərlənib


2 uşaq özəl bağçada qidadan zəhərlənib

Özbəkistanın Cizzax vilayətinin Paxtakor rayonundakı özəl uşaq bağçasında iki qız yeməkdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Bu barədə ölkənin Uşaq Ombudsmanı Sürəyyo Rəhmonova məlumat verib.

 İş üzrə rayon prokurorluğunda aparılan araşdırmalar zamanı müəyyən edilib ki, avqustun 2-də uşaq bağçasında iki qız - 4 yaşlı İ.F. və 5 yaşlı S.T. temperaturu yüksəlib. Valideynləri onları xəstəxanaya aparıb, uşaqlar qida zəhərlənməsi diaqnozu ilə yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

 Həmin gün bu bağçaya gedən digər 14 uşaq da yoluxucu xəstəliklər şöbəsinin həkimlərinin nəzarətinə verilib və lazımi müalicələr aparılıb. Səhhətlərində heç bir şikayət olmadığı üçün onlar evə göndəriliblər.

 Epidemioloji araşdırma zamanı uşaqlara səhər yeməyi zamanı verilən qidalardan nümunələr götürülüb. Hazırda faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də