Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

150-ə yaxın insanın nədən zəhərləndiyi hələ də tapılmayıb - AÇIQLAMA

150-ə yaxın insanın nədən zəhərləndiyi hələ də tapılmayıb - AÇIQLAMA

Bir neçə gün əvvəl Gəncədə yas mərasimində, eyni zamanda Göygöldə bir neçə restoranda kütləvi zəhərlənmə hadisəsi baş verib.

 Ümumilikdə 150-yə yaxın insan zəhərlənib. Onlara müxtəlif xəstəxanalarda yardım göstərilib və hamısı evə buraxılıb. Ancaq hələlik zəhərlənmənin mənbəyi məlum deyil. 

 Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) sorğusuna cavab olaraq bildirilib ki, laborator analizlər davam edir. "Analizlərin cavabı məlum olanda zəhərlənmənin səbəbi, mənbəyi barədə məlumat açıqlanacaq",- məlumatda deyilir.

Baş Prokurorluğun mətbuat xidmətindən isə bildirilib ki, hadisə ilə bağlı hələlik cinayət işi açılmayıb.

 "Hazırda baş verən hadisələrlə bağlı araşdırma aparılır. Yeni məlumat yoxdur", - açıqlamada deyilir.

 Gəncədə kütləvi zəhərlənmənin olduğu yas mərasimin sahibi Mahir Cəfərov bildirib ki, hadisə qardaşının yas mərasimində baş verib: “Dəfndən sonra ehsan verilib. Süfrədə bozartma, çörək, yuxa, pomidor, xiyar, göyərti, halva və digər qidalar qoyulmuşdu”. O, məhsulların bazar və mağazalardan alındığını deyib. Göygöldə isə zəhərlənmə müxtəlif restoranlarda baş verib. 



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də